Ana Sayfa > İdman > “Qarabağ” “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır

“Qarabağ” “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır


Dünən, 11:02. Yazar: sevinc1
“Qarabağ” “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finala yüksələcək komandalar bəlli olacaq.

aia.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək.

Günün ilk görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.

İlk oyunda Naxçıvan təmsilçisi Ağdam klubuna 1:0 hesabı ilə qalib gəlib.

Digər oyunda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.

Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.

aia.az
Geri dön