Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldıBu gün, 10:46. Yazar: sevinc1 |
![]() Aprelin 22-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb. aia.az Geri dön |