Ana Sayfa > Karusel / Dünya > Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq BayramıdırBu gün, 09:40. Yazar: sevinc1 |
![]() Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. aia.az-ın məlumatına görə, 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb. Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib. Artıq 105 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu gün ölkədə qeyri-iş günüdür. Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır. aia.az Geri dön |