Ana Sayfa > Özəl > Orban Macarıstanda keçirilən referendumda Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə səs verib

Orban Macarıstanda keçirilən referendumda Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə səs verib


22-04-2025, 17:37. Yazar: sevinc1
Orban Macarıstanda keçirilən referendumda Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə səs verib

Macarıstanın baş naziri Viktor Orban ümumxalq səsverməsində Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinə səs verib.
"Brüssel və [müxalifətin] Tisza partiyası Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyir. Bu, Macarıstan iqtisadiyyatını məhv edəcək. Qoymayaq ki, bizim gələcəyimizi həll etsinlər! Referendum - 2025. Mən artıq səs vermişəm", - hökumət başçısı Facebook-da yazıb (Rusiyada qadağan olunub, Meta korporasiyasına məxsusdur, Rusiyada ekstremist kimi tanınıb).

O, postu əlində tamamlanmış seçki bülleteni ilə çəkilmiş fotoşəkili ilə müşayiət edib. Onlar poçt göndərişlərinə aprelin 14-də başlayıblar və mayın sonuna qədər davam edəcəklər. Hökumət Aİ rəhbərliyi ilə məsləhətləşmələrdə referendumun nəticələrini nəzərə almaq niyyətindədir.

aia.az
Tərcümə şöbəsi
Geri dön