Ana Sayfa > Dünya / Manşet > “Evlilik verilişindən qovulmamışam” - Azərbaycanlı Esmira

“Evlilik verilişindən qovulmamışam” - Azərbaycanlı Esmira


7-02-2017, 10:46. Yazar: Sevinc
“Evlilik verilişindən qovulmamışam” - Azərbaycanlı Esmira





Star TV-də yayımlanan “Zuhal Topalla” izdivaç verilişinə qatılan azərbaycanlı gəlin namizəd Esmira açıqlama yayıb.

Gəlin namizədi sosial şəbəkədə paylaşdığı videoda kanalın ondan reytinq üçün istifadə etdiyini söyləyib:

“Kanaldan öz istəyimlə ayrılmışam, qovulmamışam. Reytinqli biri idim, saxlamaq istədilər. Məni hər zaman lojada oturtdular. Bunun iki səbəbi var. Birincisi, insanlar mənim şərhlərimi sevirdi. İkincisi isə mənə namizəd olanlar çox idi. Hamı deyir ki, Esmiraya namizəd gəlirdi.

Halbuki, çox gəlirdi, ancaq efirə çıxarmırdılar. Deyirdilər ki, sən bəyənib çay içməyə gedəcəksən. Bu səbəbdən lojadaotuzdururdular”.
Geri dön