Ana Sayfa > Siyasət > “Azərbaycan xarici siyasətdə olduğu kimi, iqtisadiyyatda da şaxələndirmə prinsiplərinə üstünlük verir”
“Azərbaycan xarici siyasətdə olduğu kimi, iqtisadiyyatda da şaxələndirmə prinsiplərinə üstünlük verir”Dünən, 16:14. Yazar: sevinc1 |
![]() “Çin dünyanın 2-ci iqtisadiyyatına, dinamik inkişaf edən bazara malik ölkədir. Çinlə Azərbaycan arasında münasibətlər, yüksələn xəttlə inkişaf edir. Ötən il ölkə başçılarının imzaladığı bəyannaməyə görə, ölkələr arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmış və qarşılıqlı etimada söykənir. Azərbaycan, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin fəal iştirakçısədır və Çinin “bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ölkələrdəndir. Çin, Azərbaycanın xarici ticarət dövriyyəsində 4-cü, idxalda 1-ci yeri tutur”. Bu barədə mətbuata Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, siyasi əlaqələrimiz də müsbət istiqamətdə inkişaf etməkdədir: “Çin, Azərbaycanın (ŞOS) Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir. Hazırda iki ölkə arasında, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqlar aparılır. ABŞ da Donald Trampın hakimiyyətə gəlməsindən sonra bir çox ölkələrə yeni ticarət rüsumları tətbiq edildi. O cümlədən, Çin və Avropa İttifaqı ilə demək olar ki, ticarət müharibəsi davam edir”. “Azərbaycan xarici siyasətdə olduğu kimi, iqtisadiyyatda da şaxələndirmə prinsiplərinə üstünlük verir. Eyni zamanda, ölkəmizin yerləşdiyi coğrafiya həm Qərblə, həm də Şərqlə əməkdaşlığı şərtləndirir. Azərbaycan müstəqil siyasət aparan dövlətdir və hər bir halda, dövlət, milli maraqlar əsas götürülür. Üçüncü dövlətlərə qarşı deyil. Ona görə də, ABŞ-la və yaxud digər dövlətlərlə münasibətlərə mənfi təsir göstərə bilməz”-deyə deputat vurğulayıb. Geri dön |