Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxış edib

Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxış edib


Bu gün, 12:47. Yazar: sevinc1
Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxış edib

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 17-də və 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında, faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasda və digər tədbirlərdə iştirak etmək idi.
Qeyd edim ki, MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında ötən dövr ərzində Assambleya çərçivəsində yerinə yetirilmiş işlər, görülmüş tədbirlər və təşkilati məsələlər nəzərdən keçirildi.
Mən müzakirədə çıxış edərək məsələlər barədə fikirlərimi bölüşdüm.
Onu da qeyd edim ki, Assambleyanın 58-ci plenar iclasında və yaz sessiyasının komissiya iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar da iştirak və çıxış etdilər.

Hörmətli həmkarlar!
1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyi münasibəti ilə MDB Parlamentlərarası Assambleyasının təntənəli iclası keçirildi. İclasda etdiyim çıxışda tarixi Qələbəyə Azərbaycan xalqının verdiyi böyük töhfələr barəsində danışdım. Digər faktlarla yanaşı, onu da yada saldım ki, xalqımızın cəbhəyə göndərdiyi 600 mindən artıq insanın yarısından çoxu döyüşlərdə həlak olmuş, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qələbədə Azərbaycan neftinin böyük rolunu xüsusi vurğuladım, arxa cəbhədə həyata keçirilmiş işlərin əhəmiyyətini nəzərə çatdırdım.
Ümummilli Lider Heydər Əliyevin “Veteranlar xalqımızın qızıl fondudur” fikrini də xatırlatdım.
Qeyd etdim ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Bildirdim ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın yenidən canlandırılması xalqımızın həm keçmiş, həm də indiki nəsillərinin ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərqərar etmək əzmini təcəssüm etdirir.

Hörmətli həmkarlar!
Parlament nümayəndə heyətimiz Qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak etdi. Biz Piskaryov memorial məzarlığını ziyarət etdik. Müharibə qurbanlarının, o cümlədən blokada zamanı Leninqradın müdafiəsində iştirak etmiş Azərbaycan xalqının nümayəndələrinin xatirəsini də ehtiramla yad etdik.

Hörmətli həmkarlar!
Hesab edirəm ki, Rusiya Federasiyasına işgüzar səfər uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.
Geri dön