Ana Sayfa > İdman > “Qarabağ” və “Neftçi”nin oyunlarına hakim təyinatları açıqlandı
“Qarabağ” və “Neftçi”nin oyunlarına hakim təyinatları açıqlandıBu gün, 11:49. Yazar: sevinc1 |
![]() Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasından aia.az-a verilən məlumata görə, “Qarabağ” – “Araz-Naxçıvan” matçını Rəvan Həmzəzadə, “Sabah” – “Neftçi” qarşılaşmasını isə İnqilab Məmmədov idarə edəcək. Hər iki görüş aprelin 23-də keçiriləcək. 23 aprel (çərşənbə) 17:00. “Qarabağ” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev VAR: Kamal Umudlu AVAR: Rauf Cabarov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elgiz Abbasov Tofiq Bəhramov adına Respublika Stadionu İlk oyun - 0:1 20:00. “Sabah” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev VAR: Nicat İsmayıllı AVAR: Tural Qurbanov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Seymur Səlimli “Bank Respublika Arena” İlk oyun - 2:1. aia.az Geri dön |