Ana Sayfa > Siyasət > Mövqeyimiz bəllidir
Mövqeyimiz bəllidirBu gün, 09:10. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyevin cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatdan göründüyü kimi, ölkələrimiz arasında mövqelərimiz getdikcə möhkəmlənir. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Başqa sözlə, iki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir, artıq Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə qalxıblar və bu münasibətlər faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir. Ölkələrimiz arasında ildən-ilə möhkəmlənən əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Görüş zamanı aparılmış müzakirələr bir daha göstərdi ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Prezidentimiz növbəti dəfə bəyan edib ki, bizim prinsiplərimiz aydındır. Əgər bu prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Mətbuata verdiyi bəyanatda Gürcüstan Prezidenti Mixail Kavelaşvili vurğuladı ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan eyni zamanda Azərbaycan üçün önəmli ölkədir. İki dost ölkənin reallaşdırdığı tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhliz layihələri bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik. Gürcüstan prezidenti İlham Əliyevin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə təşəbbüslərini də birmənalı şəkildə dəstəkləyir. Bəhruz Ramazanov , YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |