Ana Sayfa > Özəl > Son 40 ilin ən aşağı səviyyəsi ölçüldü
Son 40 ilin ən aşağı səviyyəsi ölçüldüDünən, 21:05. Yazar: sevinc1 |
![]() Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi Şimal Buzlu Okeanında buz örtüyünün 2025-ci ildə son 40 ilin ən aşağı səviyyəsinə çatacağını açıqlayıb. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və Yaponiyanın Milli Qütb Tədqiqat İnstitutunun birgə apardığı araşdırmada Arktikadakı buz örtüyü 'Şizuku' adlı peyk vasitəsilə müntəzəm olaraq müşahidə edilib. Əldə edilən məlumatlara görə, buz örtüyü bu il martın 20-də 13,79 milyon kvadrat kilometrlə maksimum həddə çatıb. Bu rəqəm 2017-ci ildə müəyyən edilmiş əvvəlki rekorddan 130 min kvadrat kilometr aşağı idi və 1979-cu ildən bəri saxlanılan məlumatların işığında ən aşağı maksimum sahə olaraq qeyd edildi. Alimlər 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər hər ay üçün orta buz sahəsinin də indiyədək müşahidə edilən ən kiçik səviyyələrdə olduğunu vurğuladılar. JAXA və digər qurumların təhlil qrupları qeyd ediblər ki, orta səviyyədən yuxarı temperatur buzun yayılmasının məhdudlaşdırılmasında təsirli olub. Arktikanın buz örtüyünün son 40 ildə ən aşağı səviyyədə olduğunu bildirən JAXA prezidenti Yamakava Hiroşi bu vəziyyətin əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bildirib. Yamakava Hiroşi, "Bu inkişaflar hava və dəniz mühitini ciddi şəkildə təsir edir. Biz bir qurum olaraq monitorinq və təhlil işlərimizi fasiləsiz davam etdirəcəyik" dedi. aia.az Tərcümə şöbəsi Geri dön |