Ana Sayfa > Cəmiyyət / Manşet > Azərbaycanda vulkan püskürdü

Azərbaycanda vulkan püskürdü


6-02-2017, 17:58. Yazar: Sevinc
Azərbaycanda vulkan püskürdü




Bakının Qaradağ rayonunda palçıq vulkanı püskürüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Oqtay Bayramov məlumat verib.

O bildirib ki, vulkan Səngəçal qəsəbəsi ərazisindədir: “Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Vulkanologiya İnstitutuna məlumat verilib”.

O.Bayramov vulkan baş verən yerin yaşayış sahəsindən hansı məsafədə olması, xəsarət alanların olub-olmaması barədə məlumatı olmadığını bildirib. (qafqazinfo)
Geri dön