Ana Sayfa > Karusel / Ölkə > Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə


Dünən, 17:23. Yazar: sevinc1
Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə

Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə olub.

aia.az xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

aia.az
Geri dön