Ana Sayfa > Siyasət > Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətidir
Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətidirDünən, 17:16. Yazar: sevinc1 |
![]() Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Tarixə nəzər saldıqda, Azərbaycan xalqının öz dilində oxuyub-yazmasına, hətta öz dilində danışmasına belə kimlərinsə tərəfindən qoyulan qadağaların şahidi oluruq. Azərbaycan dili ötən dövrlərdə bir neçə dəfə rəsmən dövlət dili kimi elan edilsə də, dilimizin bu statusu çox uzun sürməyib. Xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə ölkə rəhbərliyinə gəldikdən sonra dilimizin inkişafı üçün xilaskarlıq missiyasını öz üzərinə götürdü, Aərbaycan dilinin müdafiəsinə qalxdı və tariximizə adını qızıl hərflərlə yazdırdı. Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı nəticəsində müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Ulu Öndər xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: O, dilimiz haqqında demişdir :"Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Ümummilli Lider gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Həmişə Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə yanaşı, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. Fəxrlə deyə bilərik ki, ana dilimizin dünya səviyyəsində tanınması, hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, müstəqilliyimizin bərpasından sonra dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların siyasi kürsülərində əzəmətlə səslənməsi sözsüz ki, Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan dilinin tanınması və təbliği sahəsində əvəzsiz xidmətləri olub. Azərbaycan dilinin və dövlətimizin bizi gözü götürməyən bədxahların təzyiqindən müdafiəsi, həmçinin dilimizin saflığının, təmizliyinin qorunması istiqamətində Ulu Öndərin yürütdüyü siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |