Ana Sayfa > Gündəm / Parlament > Qəzada ölən qadın qar təmizləmirmiş - “JEK”dən açıqlama
Qəzada ölən qadın qar təmizləmirmiş - “JEK”dən açıqlama6-02-2017, 17:57. Yazar: Sevinc |
Dünən Bakıda 40-45 yaşlı qadını qar təmizləyərkən maşın vurması barədə yayılan məlumatlara aydınlıq gətirilib. Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Bəxtiyar Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin gün qeyd olunan ərazidə yolun qardan təmizlənməsi işləri aparılmayıb: “Qəzada ölən şəxs bizim əməkdaşımız deyil”. B.Qasımov bildirib ki, həmin şəxs adi vətəndaş olub və yolu piyada keçərkən qəza baş verib. Geri dön |