Ana Sayfa > Gündəm > Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlanıb
Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlanıbDünən, 15:47. Yazar: sevinc1 |
![]() İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.04.2025 - 20.04.2025) açıqlanıb. ANAMA-dan aia.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 893.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib. aia.az Geri dön |