Ana Sayfa > Gündəm > Masallıda millət vəkili Məşhur Məmmədov vətəndaşların müraciətlərini dinlədi

Masallıda millət vəkili Məşhur Məmmədov vətəndaşların müraciətlərini dinlədi


19-04-2025, 21:46. Yazar: sevinc1
Masallıda millət vəkili Məşhur Məmmədov vətəndaşların müraciətlərini dinlədi

74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov Masallı rayonunda vətəndaşların növbəti qəbulunu keçirib. Azadmedia.az xəbər verir ki, bu barədə millət vəkili sosial media hesabında məlumat yayıb. Görüş Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutub. Qəbulda millət vəkili ilə yanaşı köməkçiləri və Masallı Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edib.

Tədbirdə ümumilikdə 28 vətəndaşın müraciətləri dinlənilib. Onlardan biri qazi statuslu şəxs olub. Qəbul zamanı vətəndaşların sosial, məişət və şəxsi xarakterli problemləri diqqətlə araşdırılıb, səsləndirilən məsələlərin mümkün həll yolları müzakirə edilib.

Millət vəkili Məşhur Məmmədovun iştirakı ilə keçirilən qəbulun əsas məqsədi rayon sakinlərinin qayğı və problemlərinə yerindəcə reaksiya vermək, onların müraciətlərinə operativ yanaşmaq və aidiyyəti qurumlarla birgə əməkdaşlıq çərçivəsində müvafiq dəstək göstərməkdir.

Seçicilərin təəssüratlarından məlum olur ki, millət vəkili Məşhur Məmmədovla yanaşı Masallı Rayon İcra Hakimiyyəti də vətəndaşların müraciətlərinə daim həssaslıqla yanaşır və onların hər birinin fərdi qaydada diqqətə alınmasını prioritet hesab edir.

Geri dön