Ana Sayfa > İdman / Manşet > Millimizin üzvü Almaniya çempionatında ilk oyununda fərqləndi

Millimizin üzvü Almaniya çempionatında ilk oyununda fərqləndi


6-02-2017, 14:06. Yazar: Sevinc
Millimizin üzvü Almaniya çempionatında ilk oyununda fərqləndi




Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşov yeni klubu “Ayntraxt”ın U-19 komandasında qol hesabını açıb. O, debüt matçındaca fərqlənib.

Belə ki, Dadaşovun komandası Gənclər Liqasının cənub zonası üzrə birincilikdə “İnqolştadt”la qarşılaşıb. 18 yaşlı hücumçu start heyətdə meydana çıxıb. 87 dəqiqə mübarizə aparan Renat 73-cü dəqiqədə komandasının ikinci qolunun müəllifi olub.

Oyun isə “Ayntraxt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda futbolçumuzun komandası 23 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.
Geri dön