Ana Sayfa > Özəl > Cənubi Koreyada meşə yanğınları 104 min hektar əraziyə ziyan vurub

Cənubi Koreyada meşə yanğınları 104 min hektar əraziyə ziyan vurub


18-04-2025, 20:43. Yazar: sevinc1
Cənubi Koreyada meşə yanğınları 104 min hektar əraziyə ziyan vurub

Cənubi Koreyada irimiqyaslı meşə yanğınları nəticəsində zərər çəkmiş ərazinin 104 min hektara çatdığı bildirilib.Koreya Meşə Təsərrüfatı Xidməti (KFS) verdiyi açıqlamada yanğınlar nəticəsində zərər çəkmiş ərazinin əvvəllər təxmin edilən 45,157 hektardan təxminən 2,2 dəfə çox olduğunu bildirib.
Cənubi Gyeongsang əyalətində 3 min 397 hektar, Şimali Gyeongsang əyalətində 90 min 289 hektar və Ulsan metropolunda 1 min 190 hektar olmaqla, ümumilikdə 104 min hektar ərazinin yandığı qeyd edildi.

aia.az
Tərcümə şöbəsi
Geri dön