Ana Sayfa > İdman > Kurban Berdiyevə güzəşt edilmədi

Kurban Berdiyevə güzəşt edilmədi


18-04-2025, 18:01. Yazar: sevinc1
Kurban Berdiyevə güzəşt edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” tərəfindən komandanın baş məşqçisi Kurban Berdiyev barədə verilən apellyasiya şikayətini təmin etməyib.

aia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin Misli Premyer Liqasında “Sabah”la keçirilmiş XXX tur oyununun 19-cu dəqiqəsində K. Berdiyevin meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, həmçinin klubun 4000 manat məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması ilə bağlı qərarı dəyişdirilməyib.

Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.

aia.az
Geri dön