Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın dövlət borcu açıqlandı
Azərbaycanın dövlət borcu açıqlandı18-04-2025, 17:52. Yazar: sevinc1 |
![]() Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5075,0 milyon ABŞ dolları təşkil etmişdir. aia.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, operativ məlumatlara əsasən 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir. Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18001,3 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil etmişdir. aia.az Geri dön |