Ana Sayfa > Özəl > Avropa lideri Trampın Ukrayna ilə bağlı səylərini dəstəkləyib

Avropa lideri Trampın Ukrayna ilə bağlı səylərini dəstəkləyib


18-04-2025, 17:19. Yazar: sevinc1
Avropa lideri Trampın Ukrayna ilə bağlı səylərini dəstəkləyib

İtaliyanın baş naziri Giorgia Meloni ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəkləyib. Bu barədə Ağ Evin saytında dərc olunan siyasətçilərin birgə bəyanatında deyilir.
“Birləşmiş Ştatlar və İtaliya vurğulayırlar ki, Ukraynadakı müharibə dayandırılmalı və atəşkəsə nail olmaq, ədalətli və davamlı sülhü təmin etmək üçün Prezident Trampın rəhbərliyini tam dəstəkləməlidir”.

Bu bəyanat aprelin 17-də ABŞ-da Trampla Meloni arasında baş tutan danışıqlardan sonra verilib. Görüş zamanı ABŞ və İtaliya başçıları NATO-nun məqsədlərinə sadiq olduqlarını təsdiqləyiblər və təhlükəsizlik, iqtisadiyyat və texnologiya sahələrində strateji tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər.


Bundan əvvəl amerikalı liderlə görüş zamanı Meloni “Qərbi yenidən böyük etmək” arzusunu bildirmişdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön