Ana Sayfa > Özəl > Rus Pravoslav Kilsəsi: Moldovada milyonlarla mömin Kişinyov üzündən Müqəddəs Oddan məhrum edilib

Rus Pravoslav Kilsəsi: Moldovada milyonlarla mömin Kişinyov üzündən Müqəddəs Oddan məhrum edilib


18-04-2025, 16:04. Yazar: sevinc1
Rus Pravoslav Kilsəsi: Moldovada milyonlarla mömin Kişinyov üzündən Müqəddəs Oddan məhrum edilib

İsrailə uçmalı olan Moldova Metropolitanlığının yepiskopu Markelin səlahiyyətlilər tərəfindən Kişinyov hava limanında saxlanması nəticəsində Moldovada milyonlarla dindar Müqəddəs Oddan məhrum edilib. Bu barədə Cəmiyyət və Media ilə Kilsə Əlaqələri üzrə Sinodal Departamentin şərhində deyilir. Şərhdə Moldova hakimiyyətinin öz hərəkətlərini izah etmədiyi dəqiqləşdirilib. Eyni zamanda, hazırkı hakimiyyətin dəstəyini alan Bessarabiya Metropolitanlığının heç bir maneə olmadan Müqəddəs Odun gətirilməsində iştirak edəcəyi iddia edilir.
"Moldovadakı milyonlarla dindar kilsə və monastırlarında müqəddəs şənbə alovunu qarşılamaq imkanından məhrum olacaq. Biz bu hadisəni dini etiqad azadlığının kobud şəkildə pozulması, Moldova Pravoslav Kilsəsinin dindarlarının hüquqlarını qanunsuz məhdudlaşdırmağa yönəlmiş ayrı-seçkilik siyasətinin nümunəsi hesab edirik", - Rus Pravoslav Kilsəsinin şərhində deyilir.
Rus Pravoslav Kilsəsi də bu hadisənin araşdırılmasına, həmçinin arxiyepiskop Markellin hüquqlarını pozanların müəyyən edilməsinə və müvafiq cəzalandırılmasına çağırıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön