Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib
Sahibə Qafarova MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib18-04-2025, 15:56. Yazar: sevinc1 |
![]() Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Şura iclasında müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib. Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar assambleyanın 58-ci plenar və yaz sessiyasının komissiya iclaslarında iştirak və çıxış ediblər. Geri dön |