Ana Sayfa > Siyasət > Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir
Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir18-04-2025, 13:55. Yazar: sevinc1 |
![]() Azərbaycan-Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub.Hazırda da ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir.Siyasi təmasların yüksək səviyyədə olması əlaqələrin davamlı inkişafını təmin edir.Mütəmadi reallaşan qarşılıqlı səfərlər özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə dayanan dostluq, mədəni və siyasi əlaqələr, sıx əməkdaşlıq və mehriban qonşuluq münasibətləri olub. Bu səmimi münasibətlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib bütün sahələr üzrə inkişaf edir. Xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Dövlətlərarası münasibətlərimizin də qədim, zəngin tarixi vardır.Azərbaycan və Gürcüstan arasında qurulmuş dostluq və strateji tərəfdaşlıq münasibətləri regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və coğrafi yaxınlıq bu iki xalq arasında möhkəm əlaqələrin formalaşmasına zəmin yaratmışdır. Müstəqillik illərindən bəri Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq ardıcıl olaraq genişlənməkdədir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədə aparılır. Müxtəlif səviyyələrdə keçirilən qarşılıqlı səfərlər və görüşlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini dəstəkləyir və ortaq maraqları müdafiə edirlər. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh regionuna çevrilməsi istiqamətində də fəal işləməkdədirlər. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM və digər platformalarda bir-birinin maraqlarını nəzərə alaraq qarşılıqlı dəstəyi təmin edirlər. Eyni zamanda, hər iki ölkə Cənubi Qafqazda sabitliyin qorunması üçün regional əməkdaşlıq layihələrində birgə iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında deyib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi bu strateji layihələr, həmçinin qlobal enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin diversifikasiyası baxımından çox böyük əhəmiyyət kəsb edir. İki ölkə arasında ticarət dövriyyəsi artmış və bir-birinə investisiya qoyuluşları güclənmişdir. Azərbaycanın Gürcüstanda investisiya qoyuluşları, eyni zamanda Gürcüstanın Azərbaycandakı turizm və tikinti sahələrindəki rolu daha da böyüməkdədir. Azərbaycan və Gürcüstan, bölgədəki təhlükəsizlik məsələləri ilə bağlı yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq, hər iki ölkənin, xüsusilə də Cənubi Qafqazın sabitliyini təmin etmək və təhlükəsizliyini artırmaq məqsədini güdür.Həmçinin, mədəniyyət və turizm sahələrində də qarşılıqlı əlaqələr artmaqdadır. Azərbaycan ilə Gürcüstan arasında münasibətlər qədim tarixi köklərə, qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanaraq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.Əsrlər boyu bu iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bu gün də öz aktuallığını qoruyur, dövlətlərarası münasibətlər isə yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat bu dostluğun və əməkdaşlığın bariz göstəricisidir. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Geri dön |