Ana Sayfa > Ölkə > Şəhid Ələsgər Mirzəliyevlə vida mərasimi keçirildi

Şəhid Ələsgər Mirzəliyevlə vida mərasimi keçirildi


18-04-2025, 12:58. Yazar: sevinc1
Şəhid Ələsgər Mirzəliyevlə vida mərasimi keçirildi

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib.

aia.az xəbər verir ki, kənddə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında dəfn olunacaq.

aia.az
Geri dön