Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı


18-04-2025, 09:36. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

Aprelin 17-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

aia.az
Geri dön