Ana Sayfa > Özəl > Zelenski Çini Rusiyaya artilleriya və barıt verməkdə ittiham edib

Zelenski Çini Rusiyaya artilleriya və barıt verməkdə ittiham edib


17-04-2025, 21:18. Yazar: sevinc1
Zelenski Çini Rusiyaya artilleriya və barıt verməkdə ittiham edib
Kiyev məlumat alıb ki, Çin Rusiyaya artilleriya və barıt verir. “İnterfaks-Ukrayna” xəbər verir ki, bunu Vladimir Zelenski deyib.
O, müvafiq məlumatların SBU tərəfindən ona ötürüldüyünü bildirdi.


"Biz nəhayət məlumat aldıq ki, Çin Rusiyaya silah verir. Bu gün əlimizdə barıt və artilleriya ilə bağlı məlumatlar var. Düşünürəm ki, gələn həftə bu barədə ətraflı danışa biləcəyik", - Zelenski bildirib.Bundan əlavə, onun sözlərinə görə, Kiyev hesab edir ki, Çin nümayəndələri “Rusiya Federasiyası ərazisində bəzi silahların” istehsalı ilə məşğuldur. Zelenski heç bir sübut təqdim etməyib.
Xatırladaq ki, Çin dəfələrlə Rusiyaya hərbi dəstək ittihamlarını rədd edib. Xüsusilə, 2025-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning bəyan etdi ki, Pekin “heç vaxt münaqişə tərəflərinin heç birinə, o cümlədən Rusiya Federasiyasına silah və ikili təyinatlı mallar verməmişdir”.

aia.az
Tərcümə şöbəsi
Geri dön