Ana Sayfa > Özəl > Fransanın Gürcüstandakı səfirliyi radikal təşkilatları maliyyələşdirməkdə ittiham olunur
Fransanın Gürcüstandakı səfirliyi radikal təşkilatları maliyyələşdirməkdə ittiham olunur17-04-2025, 17:51. Yazar: sevinc1 |
![]() Deputat bildirib ki, gələcəkdə nəsə olarsa, Fransa səfiri bu qrant alan təşkilatların gördüyü işlərə görə birbaşa məsuliyyət daşıya bilər. Fransa səfirliyi Gürcüstandakı radikal təşkilatları bilərəkdən maliyyələşdirir, ona görə də Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri onların zorakı hərəkətlərinə görə məsuliyyət daşıyacaq, - hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından parlament üzvü Levan Maxaşvili bildirib. Diplomatik nümayəndəliyin saytında yer alan məlumata görə, Fransa səfirliyinin Gürcüstanda vətəndaş cəmiyyəti layihələrini dəstəkləmək üçün elan etdiyi müsabiqədə “Sovet keçmişinin öyrənilməsi laboratoriyası” QHT qalib gəlib. Təşkilatın layihəsi Qori və Kutaisidə insanlara Gürcüstanın sovet keçmişini araşdırmağa imkan verəcək yeni turizm marşrutları yaratmaqdır. “Bu barədə danışmaq məcburiyyətində qalmağımız çox kədərli və təəssüf doğurur, lakin fakt budur ki, gələcəkdə nəsə baş verərsə, bu şəxs (Fransa səfiri – red.) birbaşa olaraq bu təşkilatların gördüyü işlərə görə məsuliyyəti öz üzərinə götürə bilər”, - deyə Maxaşvili bildirib. aia.az tərcümə şöbəsi Geri dön |