Ana Sayfa > Dünya > Rusiyada "Taliban"ın fəaliyyətinə qoyulan qadağa götürüldü
Rusiyada "Taliban"ın fəaliyyətinə qoyulan qadağa götürüldü17-04-2025, 17:25. Yazar: sevinc1 |
![]() Rusiya Ali Məhkəməsi ölkədə "Taliban" hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb. aia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. "Rusiya Federasiyası Baş Prokurorluğunun inzibati iddia ərizəsi təmin edilsin", - hakim Oleq Nefedov qərarı elan edib. Ötən ilin dekabrında Rusiyada bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında qanun qəbul edilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, sənəddə hər hansı bir təşkilatın terror statusunun dayandırılması mexanizmi qeyd edilib. Bu da öz növbəsində "Taliban"a tətbiq edilə bilər. Baş Prokurorluq müvafiq iddia ərizəsini mart ayının sonunda təqdim edib. aia.az Geri dön |