Ana Sayfa > Özəl > Sahibsiz itlərin hücumuna məruz qalan şəxs həyatını itirib
Sahibsiz itlərin hücumuna məruz qalan şəxs həyatını itirib17-04-2025, 16:58. Yazar: sevinc1 |
![]() Kayserinin Sarız rayonunda sahibsiz itlərin hücumuna məruz qalan 72 yaşlı kişi həyatını itirib. Hadisə şahidi “İtlər bizi tərk etmirdi, itlər meyitin üstündə gözləyirdilər” dedi. Səhər saatlarında Mustafa Ö. (72) rayonun Gümüşalı kəndində boş sahədə sahibsiz itlərin hücumuna məruz qalıb. Yerli sakinlər itləri traktorla çıxarmaqda çətinlik çəkərkən, xəbər alan jandarm və sağlamlıq qrupları hadisə yerinə sövq edilib. Sağlamlıq qrupları tərəfindən edilən araşdırmada yaşlı adamın öldüyü təyin olundu. Yaşlı kişinin cansız bədəni müayinədən sonra Sarız Dövlət Xəstəxanasının morquna aparılıb. Hadisənin şahidi olan Kamal Polat səlahiyyətlilərdən sahibsiz itlərə qarşı tədbir görmələrini istəyib və “Mən yatırdım, Mustafa dayının oğlu mənə zəng edib “Qaç, itlər atama hücum etdi” dedi. Mən gələndə itlər bizi tərk etmirdi, cəsədin üstündə gözləyirdilər. aia.az tərcümə şöbəsi Geri dön |