Ana Sayfa > Karusel / Dünya > "Yeni regionlar Rusiyanın tərkib hissəsidir" -
"Yeni regionlar Rusiyanın tərkib hissəsidir" -17-04-2025, 14:57. Yazar: sevinc1 |
![]() "Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar zamanı dörd yeni rayonun Rusiya Federasiyasına daxil olması məsələsini gündəmə gətirmək düzgün deyil, çünki bu regionlar artıq Rusiya Federasiyasının tərkibinə daxil olub". aia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O, jurnalistin dörd yeni regionun - DXR (Donetsk Xalq Respublikası), LXR (Luqansk Xalq Respublikası), Xerson və Zaporojye vilayətlərinin Moskvanın nəzarətinə verilməsinin hərbi əməliyyatların dayandırılması üçün məcburi şərt olub-olmaması ilə bağlı sualına cavabında "Bu ifadə kökündən yanlışdır. Bu regionlar Rusiya Federasiyasının tərkib hissəsidir", - deyib. aia.az Geri dön |