Ana Sayfa > Parlament > Deputatlar Dağıstan Respublikası Xalq Məclisinin yubiley tədbirlərində iştirak edəcəklər
Deputatlar Dağıstan Respublikası Xalq Məclisinin yubiley tədbirlərində iştirak edəcəklər17-04-2025, 14:40. Yazar: sevinc1 |
![]() Milli Məclis sədrinin müavini Musa Qasımlı və deputat Azər Badamov Rusiya Fedrasiyasının Dağıstan Respublikası Xalq Məclisinin 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 17-də Mahaçqala şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində Milli Məclisin deputatları “Parlamentlərarası əməkdaşlıq: qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, regionlararası və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi amili” mövzusunda konfransda və Xalq Məclisinin 30 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edəcək, bu yubileyə həsr olunmuş fotosərgiyə baxacaq və bir sıra digər mədəni tədbirlərə qatılacaqlar. Geri dön |