Ana Sayfa > Gündəm > Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər


17-04-2025, 12:55. Yazar: sevinc1
Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətinə hansı tarixdə baxılacağı məlum olub.

aia.az xəbər verir ki, vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.

Qeyd edək ki, Əvəz Zeynallıya bir müddət əvvəl xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət edilib.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

aia.az
Geri dön