Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn il Ağdama 10 min əhali köçürüləcək

Gələn il Ağdama 10 min əhali köçürüləcək


17-04-2025, 11:40. Yazar: sevinc1
Gələn il Ağdama 10 min əhali köçürüləcək

Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır.

aia.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub:

“Bu təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək”.

Xüsusi nümayəndə gələcək planlardan danışıb:

“Eyni zamanda bu ay Ağdamda dördüncü məhəllənin tikimtisinə başlanılacaq. Gözləntimizə görə, iyun ayında beşinci məhəllənim tikintisi başlanılsın”.

Emin Hüseynov əlavə edib ki, il sonuna qədər 5000, gələn il isə 10 min əhalinin, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub.

aia.az
Geri dön