Ana Sayfa > Ölkə > 10-dan çox çayda artım qeydə alınıb

10-dan çox çayda artım qeydə alınıb


17-04-2025, 11:07. Yazar: sevinc1
10-dan çox çayda artım qeydə alınıb

Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən çaylarda yüksək sululuq davam edir.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb.

aia.az
Geri dön