Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan strateji əlaqələri bütün Cənubi Qafqazın inkişafına misilsiz töhfələr verir”

Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan strateji əlaqələri bütün Cənubi Qafqazın inkişafına misilsiz töhfələr verir”


17-04-2025, 10:01. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan strateji əlaqələri bütün Cənubi Qafqazın inkişafına misilsiz töhfələr verir”

“Dost və qonşu ölkə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin bu vəzifəyə seçildikdən sonra ilk olaraq məhz Azərbaycana səfər etməsi ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Cənab Prezident İlham Əliyev aprelin 16-da Gürcüstan Prezidenti ilə mətbuata birgə bəyanatla etdiyi çıxışında da seçkilərdəki qələbəsi münasibətilə təbriklərini çatdıraraq, cənab Kavelaşvilinin ilk rəsmi xarici səfərə məhz Azərbaycana gəlməsini yüksək qiymətləndirdiyini bildirdi. Qeyd olundu ki, bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Məlumdur ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz və xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii ki, geniş iqtisadi əlaqələrin əsasında möhkəm siyasi əlaqələr durur. Ölkələrimiz arasında nsiyasi dialoq fəaldır və yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır. Bu da onu göstərir ki, iki dost və qonşu ölkə bir-birinə çox bağlıdır. Diqqətəlayiq haldır ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bütün bunlar Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını bu gün son dərəcə dəyərli münasibətlər nümunəsinə çevirmişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat daha sonra Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycan və Gürcüstanın mühüm rol oynamalarına dair cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları diqqətə çatdırıb: “Məlumdur ki, Azərbaycan və Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında xüsusi rola malikdirlər. Bu barədə mətbuata bəyanatla etdiyi çıxışında öz fikirlərini bildirən cənab Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimizin birgə həyata keçirdiyi enerji, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və təkcə Cənubi Qafqazın deyil, həm bütün Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bu gün Avropanın enerji təhlükəsizliyi haqqında Azərbaycanın və Gürcüstanın rolu vurğulanmadan danışmaq mümkün deyil. Hazırda Azərbaycan qazı Gürcüstan da daxil olmaqla 12 ölkəyə ixrac edilir. Bu ixracın məhz Gürcüstan vasitəsilə həyata keçirilməsi qonşu ölkənin önəmini bir daha diqqət mərkəzinə çəkir. Azərbaycan və Gürcüstan nəqliyyat-kommunikasiya sahəsində əldə etdikləri nailiyyətlərlə, yeni inşa edilmiş dəmir yolları və limanları ilə Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişlər. Bütün bu üstünlüklər ölkələrimizin və xalqlarımızın milli maraqlarına xidmət edir və ümumilikdə Cənubi Qafqazın inkişafına misilsiz töhfələr verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön