Ana Sayfa > Manşet / Siyasət / Özəl > Elçin Əliyev: “Ermənistan, Azərbaycan və Gürcüstan münasibətlərindən narahat olmalı və dərs çıxarmalıdır.”
Elçin Əliyev: “Ermənistan, Azərbaycan və Gürcüstan münasibətlərindən narahat olmalı və dərs çıxarmalıdır.”16-04-2025, 19:02. Yazar: sevinc1 |
![]() Cənubi Qafqaz regionu, tarix boyu geosiyasi maraqların toqquşduğu, eyni zamanda xalqların birlikdə yaşamaq məcburiyyətində olduğu bir coğrafiyadır. Bu bölgədə Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlığa əsaslanan münasibətləri getdikcə möhkəmlənməkdədir. İki ölkə arasında həyata keçirilən enerji, nəqliyyat və təhlükəsizlik layihələri təkcə iqtisadi sferanı deyil, siyasi sabitliyi də təmin edir. Bu baxımdan Ermənistan regionun gələcəyinə dair realist mövqe tutmalı və qonşular arasındakı münasibətlərdən dərs çıxarmalıdır. Azərbaycan və Gürcüstan arasında münasibətlərin təməlində qarşılıqlı hörmət, suverenlik prinsiplərinə riayət və gələcəyə yönəlik əməkdaşlıq dayanır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələr regionda yeni əməkdaşlıq formatlarını formalaşdırır. Ermənistan isə bu proseslərin demək olar ki, heç birində iştirak etmir. Bu da onun iqtisadi təcridini və geosiyasi tənhalığını daha da dərinləşdirir. Əgər Ermənistan həqiqətən də regional inteqrasiyada yer almaq istəyirsə, ilk növbədə öz siyasətini dəyişməli, qonşulara qarşı ərazi iddialarından və revanşist ritorikadan imtina etməlidir. Azərbaycanla münasibətdə 2020-ci ilin İkinci Qarabağ Müharibəsindən sonra yaranan yeni reallıqları qəbul etməli, səmimi və konstruktiv mövqe tutmalıdır. Əks halda, Ermənistan təkcə iqtisadi deyil, təhlükəsizlik baxımından da təcrid vəziyyətində qalmağa davam edəcək. Regionda sülh və sabitlik yalnız qarşılıqlı əməkdaşlıq və real siyasət üzərində qurula bilər. Ermənistan öz siyasətində fundamental dəyişikliyə getməzsə, inkişaf və təhlükəsizlik modelindən kənarda qalacaq. Bu isə ölkənin gələcəyi üçün ciddi narahatlıq doğurmalıdır. Geri dön |