Ana Sayfa > Qərbi Azərbaycan / Manşet > Kariesdən qorunmaq üçün pendir yeyin - 10 MARAQLI FAKT

Kariesdən qorunmaq üçün pendir yeyin - 10 MARAQLI FAKT


6-02-2017, 08:43. Yazar: Sevinc
Kariesdən qorunmaq üçün pendir yeyin - 10 MARAQLI FAKT


"AİA.AZ" saglamlolun.az-a istinadən karies haqqında 10 maraqlı faktı təqdim edir.

1. Karies dünyada ən yayılmış xəstəlik sayılır. İnsanların 95-99%-də karies var.

2. Maraqlıdır ki, eskimoslarda və Cənub Palmir dağlarında yaşayan qunzu tayfasında kariesə təsadüf edilmir.

3. Qadınlar arasında kişilərlə müqayisədə kariesə 2 dəfə daha çox təsadüf edilir. Bunu əsasən hamiləlik zamanı kalsiumun orqanizmdən yuyulması ilə əlaqələndirirlər. Bundan əlavə qadınlar şirniyyatlara daha meyllidir.

4. Orta əsrlərdə karies varlı, alicənab insanların rəmzi idi. Yalnız onlar kariesə səbəb olan şirniyyat və s. qəbul edirdi. Ağ sağlam dişlər "dəbdə" deyildi və aşağı təbəqələrin nümayəndəsinə işarə edirdi.

5. 40 yaşdan sonra kariesin inkişafı xeyli ləngiyir.

6. Kariesin inkişafı irsiyyətlə bağlıdır.

7. Mütəxəssislər kariesdən qorunmaq üçün pendir yeməyi tövsiyə edirlər.

8. Karies ürək iltihabına səbəb ola bilər.

9. İlk diş fırçasının müəllifləri çinlilərdir. Çində XV əsrdə müasir diş fırçasına bənzəyən fırça icad olunub.

10. Tünd şokolad kariesə səbəb olmur.
Geri dön