Ana Sayfa > Özəl > Çində "Dünyanın ən hündür körpüsü" açılır

Çində "Dünyanın ən hündür körpüsü" açılır


16-04-2025, 15:09. Yazar: sevinc1
Çində "Dünyanın ən hündür körpüsü" açılır
Çin dünyanın ən hündür körpüsünün əsas strukturunu tamamladığını açıqlayıb. Çinin cənub-qərbində Quizhou əyalətində inşa edilən Huajiang Grand Canyon körpüsünün əsas strukturunun tamamlandığı açıqlanıb.

Beipan çayı üzərində yerləşən və hündürlüyü 625 metr olan dünyanın ən hündür körpüsü titulunu daşıyan strukturun əsas keçidi 1420 metr, ümumi uzunluğu isə 2890 metrdir.

2022-ci ilin yanvarında başlayan layihənin bu il başa çatdırılması planlaşdırılır.

aia.az
Tərcümə şöbəsi
Geri dön