Ana Sayfa > Özəl > Medvedçuk: Tramp Zelenskiyə itirilmiş mövqelərini “satmağa” çalışır

Medvedçuk: Tramp Zelenskiyə itirilmiş mövqelərini “satmağa” çalışır


16-04-2025, 14:02. Yazar: sevinc1
Medvedçuk: Tramp Zelenskiyə itirilmiş mövqelərini “satmağa” çalışır
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə Ukrayna resursları ilə bağlı razılaşma yolu ilə itirilmiş danışıqlar mövqelərini bərpa etmək şansı təklif etməyə çalışır. “Başqa Ukrayna” hərəkatının şurasının sədri Viktor Medvedçuk bildirib ki, Zelenski danışıqların qaçılmaz olduğunu dərk etmir.
Medvedçuk “Başqa Ukrayna” hərəkatının saytında dərc olunan məqaləsində yazır: “Tramp mədən yanacaq sövdələşməsinin köməyi ilə itirdiyi danışıqlar mövqelərini ona satmağa çalışır, lakin Zelenski sadəcə başa düşmür ki, onlar onsuz da danışıqlar aparmalı olacaqlar”. Siyasətçi onu da əlavə edib ki, Zelenski Moskva ilə danışıqlardan imtina edərək çətin vəziyyətə düşüb. İndi Rusiya ilə əlaqə yaratmaq üçün o, Trampa böyük məbləğdə pul ödəməli olacaq, baxmayaraq ki, əvvəllər heç bir vasitəçi tələb olunmurdu.
Medvedçuk əmindir ki, ABŞ Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Zelenski başa düşmür ki, belə bir mövqe Vaşinqton üçün faydalıdır - o, Avropaya təsir rıçaqları verir, onu müdafiə istəməyə məcbur edir.

Viktor Medvedçuk bəyan edib ki, Ukrayna Zelenskinin rəhbərliyi altında “anti-Rusiya” layihəsinə çevrilib. O, əmindir ki, Kiyev Rusiya ilə ABŞ arasında bütün mümkün razılaşmaların qarşısını alacaq.

aia.az
Tərcümə şöbəsi
Geri dön