Ana Sayfa > Özəl > ABŞ Rusiyanı Sumiyə hücuma görə qınayan G7 bəyanatını imzalamayacaq

ABŞ Rusiyanı Sumiyə hücuma görə qınayan G7 bəyanatını imzalamayacaq


16-04-2025, 09:59. Yazar: sevinc1
ABŞ Rusiyanı Sumiyə hücuma görə qınayan G7 bəyanatını imzalamayacaq

ABŞ Sumiyə hücuma görə Rusiyanı qınayan G7 bəyanatını imzalamayacaq.
Bu barədə CNN Kanada hökumətinin yüksək rütbəli məmuruna istinadən məlumat yayıb.

CNN mənbədən sitat gətirir: "Hazırda biz buna çox da diqqət yetirmirik, lakin doğrudur ki, ABŞ Ukrayna ilə bağlı G7-nin digər üzvlərinin razılaşdığı bəyanatı imzalamayacaq".
Aprelin 13-də Sumidə bir neçə güclü partlayış baş verib. Ukrayna mətbuatının məlumatına görə, bundan bir qədər əvvəl yerli sakinlərə ballistik raketlərin yaxınlaşması ilə bağlı xəbərdarlıq edilib. Ali Radanın deputatı Maryana Bezuqlayanın verdiyi məlumata görə, zərbə Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin cəmləşdiyi yerə endirilib. Onun sözlərinə görə, həmin an şəhərdə hərbi qulluqçuların təntənəli mükafatlandırma mərasimi olub.
Aprelin 14-də Rusiya Müdafiə Nazirliyi aprelin 13-də Seversk Birgə Əməliyyat Qrupunun komandanlığının iclasının keçirildiyi yerə iki “İskəndər-M” raketinin endirilməsi nəticəsində ukraynalı hərbçilərin məhv edilməsi barədə məlumat yayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön