Ana Sayfa > Manşet / Ölkə > DİN vətəndaşlara müraciət etdi:
DİN vətəndaşlara müraciət etdi:16-04-2025, 09:00. Yazar: sevinc1 |
![]() “Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır”. aia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib. Qurum rəsmisi növbəti dəfə vətəndaşlara dələduzların qurbanına çevrilməmələri üçün müraciət edib: “Bank hesabınız təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Zəhmət olmasa proseduru yenidən başladın. http://….bank”; “Bank hesabınızın təhlükəsizliyini gücləndirmək, kart istifadəsini müvəqqəti dayandırmaq və ya davam etdirmək üçün http://…..bank”; “Bank kartınızın təhlükəsizliyi üçün kilidləyin. http://…..bank”; “Üçüncü tərəfdən bank hesabınıza icazəsiz giriş aşkar etdik. Zəhmət olmasa yoxlayın. http://….bank”; “Biz müştərilərimizlə elektron poçt, birbaşa poçt və s. vasitəsilə onların qeydiyyatdan keçdiyi müxtəlif məlumatların aktual olub-olmadığını yoxlayacağıq. İstifadə üçün burada yoxlayın. http://…..bank” və s. SMS-lərdə göstərilən internet URL-ə daxil olmayın. Daxil olduğunuz anda mobil telefonda olan məxfi məlumatlar, hesablar, telefon yaddaşı ələ keçiriləcəkdir. Diqqətli olun, hansısa bankın adında təkrar və qarışıq aldadıcı hərf-simvol qoyulmaqla sizi çaşdıra, yanılda bilərlər”. aia.az Geri dön |