Ana Sayfa > Gündəm > Şirvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Şirvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.


15-04-2025, 18:43. Yazar: sevinc1
Şirvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

15.04.2025-ci il tarixində Şirvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Yarış YAP Şirvan şəhər təşkilatının və "Şirvan Gənclər evi" SXM-in birgə təşkilatçılığı ilə baş tutub.

Yarış Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhraman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan "Şirvan Gənclər evi" SXM-in direktoru Əfqan Həsənov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli elan edilməsini Azərbaycanın konstitusiya dəyərlərini hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş təbliğ etmək məqsədinin daşıdığını bildirərək, yarışda iştirak edən hər bir komandaya uğurlar arzu etdi.

Daha sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək istənilən xalq üçün müstəqil , suveren dövlət yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyət olmasından, Konstitusiya və dövlət suverenliyi anlayışlarının hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşımasından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsini gözlədiyindən, dövlətimiz və xalqımızın bugün də tarixi nailiyyətlərə imza atmağa davam etməsindən bəhs etdi. Sonra Zahir Qəhrəmanov yarışda iştirak edən hər bir komandaya uğurlar arzu etdi.

17 ərazi partiya təşkilatı komandalarının iştirak etdiyi, "Nə? Harada? Nə zaman?" formatında keçirilən intellektual yarışda 2 tur üzrə ümumilikdə 24 sual oynanılıb.

Yarışın nəticələrinə əsasən, T.İsmayılov küçəsi, 15 ünvanında yerləşən (B.Aslanov adına 16 №-li tam orta ümumtəhsil məktəbi) ərazi partiya təşkilatının komandası I yeri, İsmət Qayıbov küçəsi, 23 ünvanında yerləşən (S.Hüseynov adına 1 №-li tam orta ümumtəhsil məktəbi) ərazi partiya təşkilatının komandası II yeri, Naxçıvan küçəsi, 1b ünvanında yerləşən (Gənclər və İdman Nazirliyi Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi) ərazi partiya təşkilatının komandası isə III yeri tutublar.

Sonda qalib komandalar diplom və hədiyyələrlə təltif olunub.
Geri dön