Ana Sayfa > Ölkə > Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı
Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı15-04-2025, 17:42. Yazar: sevinc1 |
![]() Bakının Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb. aia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Dəyişiklik nəticəsində "Koroğlu" NMM - Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. aia.az Geri dön |