Ana Sayfa > Şou-biznes / Manşet > “Windows”la çalışan planşetlərin satışı artıb
“Windows”la çalışan planşetlərin satışı artıb6-02-2017, 13:36. Yazar: Sevinc |
Ötən maliyyə ilinin dördüncü rübü ərzində “Windows” əməliyyat sistemi ilə çalışan planşetlərin satış həcmi 16 faiz artıb. Müvafiq statistikanı “Strategy Analytics” şirkəti açıqlayıb. Onlar hesablayıblar ki, “Windows” planşetlərinin satış səviyyəsi iOS və “Android” cihazlarının satış səviyyəsini xeyli keçib. Ümumilikdə planşet bazarı ötən ilin sonunda 9 faiz azalıb. iOS bazasında olan cihazların satış sayı 3 milyon ədəd aşağı düşüb. “Android” cihazlarının satışı isə 4,5 milyon ədəd azalıb. Bundan başqa, mütəxəssislərin fikrincə, “Microsoft” korporasiyası yavaş-yavaş və əminliklə planşet bazarının 20,6 faiz payına malik özünün əsas rəqibi olan “Apple” şirkətinə yaxınlaşır. (ikt.lent.az) Geri dön |