Ana Sayfa > Gündəm > Mingəçevirdə Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Mingəçevirdə Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib


15-04-2025, 14:44. Yazar: sevinc1
Mingəçevirdə Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 15-də YAP Mingəçevir şəhər təşkilatında Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş "Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir" mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

aia.az xəbər verir ki, tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, şəhər idarə və təşkilatları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etmişlər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin , akademik Zərifə xanım Əliyevanın, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra akademik Zərifə xanım Əliyevayanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,  Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov, partiya fəalı həkim Nurcamal Əsgərova və ruhi-əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova məruzə ilə çıxış edərək qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan danışıblar.

Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb. Onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.
Xüsusi vurğulanıb ki, Zərifə Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə, vəfalı ömür-gün yoldaşı olmaqla əsl Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilib. Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssəməsi olan Zərifə Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq.
Geri dön