Ana Sayfa > İqtisadiyyat > "Ayrı-ayrı qurumlarda eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi fərq var" -

"Ayrı-ayrı qurumlarda eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi fərq var" -


15-04-2025, 13:41. Yazar: sevinc1
"Ayrı-ayrı qurumlarda eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi fərq var" -

"Vətəndaşların şikayətlərinin əksər hissəsi işlədikləri müəssisələrin rəhbləri ilə bağlıdır. Əksəriyyəti şəxsi problemlərini nəzarət tədbirinə çevirmək kimi xahişlərdən ibarətdir. Bunların daha çoxu rayon miqyaslı olduğundan onu iş planına salmamışıq".

aia.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

O, deputat Vüqar Bayramovun sualına cavab olaraq bildirib: "Vüqar müəllimin qaldırdığı bir neçə məsələ var. Bəzi ölkələrdə hesabat verməklə bağlı məsələləri qeyd etdi. Bu, bəzi ölkələrdədir. Biz onların bəzilərini özümüz üçün məqsədəuyğun hesab etməmişik. Ölkəmiz üçün uyğun olanı hesab etmişik".

Palata sədri qeyd edib ki, hazırda hökumətin ayrı-ayrı qurumlarında eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi disproporsiya var:

"Biz bunu rəydə qeyd etimişik. İcrada və fəaliyyət hesabatında da deyəcəyik. Bizim iş deməkdir, yazmaqdır, göstərməkdir, onu da edirik".

aia.az
Geri dön