Ana Sayfa > Ölkə > Otlaqların təyinatının dəyişdirilməsi proseduru müəyyənləşdi
Otlaqların təyinatının dəyişdirilməsi proseduru müəyyənləşdi15-04-2025, 10:29. Yazar: sevinc1 |
![]() Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi proseduru müəyyənləşib. aia.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə həyata keçiriləcək. aia.az Geri dön |