Ana Sayfa > Özəl > Lavrov Tramp administrasiyasında ağlabatan insanların diqqətini çəkib

Lavrov Tramp administrasiyasında ağlabatan insanların diqqətini çəkib


14-04-2025, 22:11. Yazar: sevinc1
Lavrov Tramp administrasiyasında ağlabatan insanların diqqətini çəkib

İndi ABŞ prezidenti Donald Trampın administrasiyasında Rusiya tərəfinin səfirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə etdiyi ağlabatan adamlar var. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində bildirib.“İndi administrasiyada ağlabatan insanlar var ki, onlar Baydenin himayədarları gedəndən və ya kənara çəkildikdən sonra nəhayət orda peyda olublar, onlar bizimlə diplomatik münasibətləri kəsmədiyiniz ölkədə diplomatik missiyanın fəaliyyətinin elementar görünən məsələlərini həll edirlər”, - Rusiya XİN rəhbəri qeyd edib.
Nazirin sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq “yavaş gedir, lakin bərpa olunur”. Onun sözlərinə görə, əsas odur ki, hər iki tərəf ikitərəfli münasibətləri normallaşdırmaq arzusundadır.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin mahiyyətini Avropa liderlərindən daha yaxşı başa düşdüyünü bildirib. Nazirin sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri “demək olar ki, yeganə Qərb lideri olub ki, Ukraynanı NATO-ya cəlb etməyin səhv olduğunu dəfələrlə təkrarlayıb”.

aia.az
Tərcümə şöbəsi
Geri dön