Ana Sayfa > Özəl > Çeçenistanda yanacaq çəninin partlaması nəticəsində 3 nəfər ölüb
Çeçenistanda yanacaq çəninin partlaması nəticəsində 3 nəfər ölüb14-04-2025, 21:28. Yazar: sevinc1 |
![]() Çeçenistanın Novoterskoye kəndində yanacaq doldurma məntəqəsində (QFS) yanacaq çəninin partlaması nəticəsində 3 nəfər həlak olub. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional qərargahının mətbuat xidməti məlumat yayıb. Hadisə saat 16:00 radələrində Naurski rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib. "Yanacaq çənində yanğın olmadan qaz partlaması baş verib, nəticədə binada olan 3 nəfər ölüb", - məlumatda deyilir. Faktla bağlı təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət işi açılıb. Hazırda idarənin mütəxəssisləri hadisə yerinə baxış keçirirlər. Hadisənin bütün şəraiti, eləcə də təqsirkar şəxslər müəyyən edilir. Bundan əvvəl Türkiyənin paytaxtı Ankarada şaxtada partlayış baş verib. Fövqəladə vəziyyət zonasında olan 29 işçidən 13-ü xəsarət alıb. Onlardan 11-i yüngül xəsarətlərlə yaralanıb. Faktla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. aia.az Tərcümə şöbəsi Geri dön |